Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:47 - 15 / 04 / 2021
Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 600 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 891, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4709 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 271 781, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 837 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 434 487 təşkil edir.

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər