Minalı düzləri lalələrə bürünən Cəbrayıl və Qubadlı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Minalı düzləri lalələrə bürünən Cəbrayıl və Qubadlı - VİDEO

12:46 - 15 / 04 / 2021
Minalı düzləri lalələrə bürünən Cəbrayıl və Qubadlı - VİDEO

Bu xəbərimiz Qarabağın yazından, lalələrə bürünən minalı düzlərindən, kəsilərək ekoloji terrorun qurbanı olan ağaclarından, məhv olmuş yaşıllıqlarından, uzaqdan əzizlədiyimiz torpağından danışacayıq.

1news.az xezerxeber-ə istinadən xəbər verir ki, jurnalistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Qubadlının Mahruzlu kəndində minə yaxın ağac əkilib, Həkəri və Bərgüşad çaylarının qovuşduğu yerə körpə farel balıqları buraxılıb.

Qarabağın təbiətini bu dəfə çox fərqli gördüm. Sanki, rəngarəng çiçəklər, yamyaşıl otlar da yazın gəlişindən istifadə edərək, bizimlə birgə sevinməyə başlayıb. Hələ bağrı yanıq lalələri demirəm, elə bil düşmənin çirkin əməlini gizlətmək üçün döşəniblər bu düzlərə. Qarabağın yazı minalanmış torpaqları gülüstana çevirib. Cəbrayılda 30 ildən sonra yaz günəşi doğub.

Yaxınlaşmaq mümkün deyil. Düzlərə xalı kimi sərilən çiçəkləri, 28 ildir həsrətini çəkdiyimiz bu torpağı yalnız uzaqdan əzizləyib, oxşayırıq. Mən bir dəstə lalə toplaya bilmədiyim üçün üzgünəm, o isə ata yurduna gedə bilmədiyi üçün. Böyük Mərcanlı kəndinin girişindəyik. Düz 28 illik həsrətə son qoyulub, amma kəndə daxil ola bilmirik.

Pis günün ömrü az olar deyib, yolumuza davam edirik. Hələ ki, Cəbrayıldayıq. Rayonun Əmirvarlı kəndində.

İşğal olunmuş ərazilərdə mövcud olan 152 təbiət abidəsindən 135-i Şərq Çinarlarıdır. Bu ağac təbii olaraq yalnız Qarabağda- Cəbrayıl, Qubadlı və Zəngilanda bitir. Zamanımız çox azdır, məcburən yaz ətirli Cəbrayılnan müvəqqəti olaraq sağollaşıb, yol alırıq Qubadlıya.

Mühit gözəl, çay ləzzətlidir, amma, təəssüflər olsun ki, qarşımızda olan mənzərə haqqında bu sözləri demək çox çətindir. Ekoloji terrorla üz-üzə dayanmışıq.

Bircə təsəllimiz var. Qarabağ torpağı, bu füsunkar təbiət bundan sonra bir də vəhşilik görməyəcək, terror qurbanı olmayacaq. Biz o ağacları yenidən əkər, böyüdər, barından da yeyərik. Ekologiya nazirliyi prosesə artıq start da verib. Qubadlının Mahruzlu kəndinə minə yaxın ağac əkilib, toxum səpildi.

Və beləcə şirin xatirələr ilə Qubadlıdan da ayrılırıq. Qarabağa yenidən gəlmək ümidi, diləyi və arzusu ilə...

1news.az

Paylaş:
317

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər