Daha bir Vətən müharibəsi qazisi şəhid oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir Vətən müharibəsi qazisi şəhid oldu

S.Xankişiyeva09:25 - 16 / 04 / 2021
Daha bir Vətən müharibəsi qazisi şəhid oldu

Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.

“Report” xəbər verir ki, 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.

Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan 23 yaşlı Səbuhi Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı.

Qazimiz oktyabrın 30-da beyin əməliyyatı olunsa da xeyri olmayıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər