İctimai yerlərdə 10 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai yerlərdə 10 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

Qafar Ağayev10:38 - 16 / 04 / 2021
İctimai yerlərdə 10 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

Aprelin 15-də respublika ərazisində 10 nəfər aktiv koronavirus xəstəsi daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə iki nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Paylaş:
498

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər