Bu kəndin sakinləri içməli su ilə imtahana çəkilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu kəndin sakinləri içməli su ilə imtahana çəkilir - VİDEO

17:01 - 16 / 04 / 2021
Bu kəndin sakinləri içməli su ilə imtahana çəkilir - VİDEO

Tovuzun Aşağı Öysüzlü kəndində sakinlər içməli su ilə imtahana çəkilir. 10 ildir su üzünə həsrət qalan kənd sakinləri içməli suya olan tələbatını avtomobillərlə daşıyaraq təmin edirlər. Aidiyyatı qurumlara müraciətlər də olunub, ancaq vəziyyət dəyişməyib. Sakinlərə verilən vədlər və gördüyümüz mənzərəni təqdim edəcəyik.

1news.az xezerxeber-ə istinadən xəbər verir ki, müxtəlif tutumlu qablarla uzaqdan su daşımasalar çaydanları boş qalar... Ya da hər reysinə 15 manat ödəməklə su çənlərini avtomobillərlə doldurmalıdırlar. Tovuzun Aşağı Öysüzlü kəndinin sakinləri içməli su ilə sınağa çəkilirlər.

Kəndə sonuncu dəfə 10 il əvvəl içməli su gəlib... Qonşu Əlibəyli kəndindən kəhrizdən gələn su dəmir borularla kəndi içməli su ilə təmin edib. Lakin sonradan dəmir borular sıradan çıxdığından suyun təminatı dayanıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin 8 saylı Tovuz Regional Sukanal İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda sözügedən ərazidə abonent dəqiqləşdirilmə işləri aparılır. Bu işlər tamamlandıq sonra həmin kənd muasir standarlara uyğun olaraq içməli su ilə təmin ediləcək.

1news.az

Paylaş:
306

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər