Bakıda ən çox koronavirusa yoluxma hansı rayonda qeydə alınıb? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ən çox koronavirusa yoluxma hansı rayonda qeydə alınıb? - STATİSTİKA

Qafar Ağayev10:55 - 19 / 04 / 2021
Bakıda ən çox koronavirusa yoluxma hansı rayonda qeydə alınıb? - STATİSTİKA

Bakı şəhəri üzrə koronavirusa ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub.

1news.az xəbər verir ki, paytaxt üzrə COVID-19-a yoluxanların 14,8 faizi Binəqədidədir. 13,4 faizi Xətai, 12,4 faizi Yasamal rayonunun payına düşür.

Yoluxma hallarının 10,9 faizi Sabunçu, 8,0 faizi Nəsimi, 8,3 faiz isə Nərimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 7,0 faizi Xəzər, 4,6 faizi Qaradağ, 5,1 faizi Səbail rayonlarındadır.

Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər