Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi

16:54 - 20 / 04 / 2021
Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi

Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisində (Qərbi Azərbaycan) xalqımıza məxsus bir dənə də abidə qalmayıb, hamısı ermənilər tərəfindən dağıdılıb.

1news.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, erməni tarixçisi Kordokyan 1931-ci ildə Moskvada nəşr etdirdiyi "Nasilenya armenii" kitabında yazırdı ki, Birinci Dünya Müharibəsi başlayarkən bu ərazidə (indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan ərazisi) 565 min türk-müsəlman yaşayırdı, ancaq 1922-ci ildə SSRİ təşkil olunan zaman bu ərazidə cəmi 40 min türk qalmışdı:

"Ermənilər bu ərazilərə sahib olarkən ilk əvvəl nə qədər toponimlər, oronimlər, yer adları, dağ adları, çay adları var idisə hamısının adını dəyişdilər, yəni bir dənə də olsun türk adı qalmadı. İrəvanda bir Göy Məscid istisna olmaq şərtilə - onun da səbəbi məlumdur - Azərbaycanın bütün dini abidələri ermənilər tərəfindən məhv edilib.

Xoşbəxtlik ondan ibarətdir ki, xarici ökələrin birinin arxivində Qərbi Azərbaycanda olan bütün dini abidələrin, məscidlərin siyahısı var və o dağılan məscidlərin siyahısı şəkillərlə birgə Azərbaycana gətirilib, onu şəxsən özüm gətirmişəm.

İndiki Ermənistanın ərazisində Azərbaycan xalqına məxsus bütün tarixi, mədəni və dini abidələr məhv edilib. Necə ki, Dağlıq Qarabağ ərazisini işğal altında saxladıqları müddətdə bütün abidələrimizi məhv ediblər, eləcə də Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus bir abidəni də salamat qoymayıblar".

1news.az

Paylaş:
307

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər