İndiyədək “YAŞAT” Fonduna köçürülən və istifadə edilən vəsait açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

İndiyədək “YAŞAT” Fonduna köçürülən və istifadə edilən vəsait açıqlandı

15:45 - 21 / 04 / 2021
İndiyədək “YAŞAT” Fonduna köçürülən və istifadə edilən vəsait açıqlandı

Bu vaxta qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, köçürülən vəsaitin 18 milyon manatı aidiyyəti üzrə xərclənib: "Hazırda müraciətlər üzrə proses davam etdirilir. Həmin vəsaitlər həm dövlət, həm özəl təşkilatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən Fonda köçürülüb".

Qeyd edək ki, "YAŞAT" Fondu Vətən müharibəsində yaralanan qazilərin müalicəsini təmin etmək məqsədilə yaradılıb.

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər