Deputat: “Ermənilərin Azərbaycana qarşı kampaniyaları təkcə AŞPA çərçivəsində deyil, bütün beynəlxalq platformalarda aparılır” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ermənilərin Azərbaycana qarşı kampaniyaları təkcə AŞPA çərçivəsində deyil, bütün beynəlxalq platformalarda aparılır”

Qafar Ağayev17:33 - 21 / 04 / 2021
Deputat: “Ermənilərin Azərbaycana qarşı kampaniyaları təkcə AŞPA çərçivəsində deyil, bütün beynəlxalq platformalarda aparılır”

“Avropa Şurası Parlament Assambleyası ona qarşı yönələn bütün tənqidlərə baxmayaraq Avropa məkanında baş verən hadisələrin ən geniş formatda müzakirə edildiyi bir parlament platformasıdır və bu baxımdan kifayət qədər önəmlidir”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib:

“AŞPA qərarları hətta bəzi hallarda hadisələrin gedişinə təsirsiz qalsa da ən azı fərqli mövqelərin parlament səviyyəsində ortaya qoyulması, fərqli baxışların və yanaşmaların müqayisəli şəkildə dəyərləndirilməsi üçün vacib bir formatdır. Bu platformadan faydalı və səmərəli şəkildə istifadə etmək bütün Avropa Şurası üzvləri üçün, o cümlədən ölkəmiz üçün faydalıdır və zəruridir”.

Deputat bildirib ki, bizim üçün öz mövqeyimizi, Azərbaycan həqiqətlərini daha geniş çərçivədə siyasi diskussiyalara təqdim etmək, bizə qarşı rəqiblərimiz tərəfindən aparılan qarayaxma kampaniyalarına əsaslandırılmış cavablar vermək və əks tərəfin təbliğatını neytrallaşdırmaq, bir sözlə ölkəmizin milli maraqlarının müdafiəsi baxımından AŞPA-da aparılan müzakirələri faydalı hesab edir:

“Qəbul olunan qərarlar isə sadəcə nəzərə alınmaq üçündür. Bizim mənafeyimizi müdafiə edən qərarların qəbul olunması bizə erməni təbliğatına qarşı hüquqi arqumentlər bazasını genişləndirməyə imkan verir və biz belə qərarları bu və ya digər məsələdə öz mövqeyimizi möhkəmləndirmək və müdafiə etmək üçün istifadə edirik”.

C.Feyziyev qeyd edib ki, ermənilərin Azərbaycana qarşı kampaniyaları təkcə AŞPA çərçivəsində deyil, bütün beynəlxalq platformalarda aparılır və dünya erməniliyi ümumiyyətlə, türk dünyasına qarşı heç bir fakta əsaslanmayan, saxta ittihamlar əsasında təşkil olunmuş belə kampaniyalar təşkil etməyin 100 ildən çox təcrübəsinə malikdirlər:

“Bu kampaniyaların təşkili mexanizmi – yəni dünya boyunca təşkilatlanmış erməni diaspor və lobbi təşkilatlarının birgə fəaliyyəti, bu fəaliyyətlərin aparılması üçün yaradılan qanuni və qeyri-qanuni maliyyə qaynaqları, erməni maraqlarını müdafiə etmək üçün dünya miqyasında cəmiyyətin müxtəlif təbəqələrində tanınmış isimlərin bu işə cəlb edilməsi tədbirləri artıq bizə yaxşı məlumdur. Biz ermənilərin bütün bu qeyri-leqal mübarizə vasitələrini ifşa etməklə dünya birliyinə daha doğru məlumatların yayılmasını təmin etməliyik və edirik. Bu işdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə türk və azərbaycanlı diaspor icmalarının birgə fəaliyyəti də təmin olunub. Beynəlxalq erməni diasporunun Ermənistan dövləti ilə birlikdə keçən 100 il ərzində 1915-ci il hadisələrini rəsmən soyqırımı kimi tanıda bilməməsi də bu fəaliyyətlərin nəticəsidir. Məncə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra dünya ictimaiyyəti üçün ermənilərin iç üzü bir daha açıldı. İndidən sonra ermənilər əvvəllərdə olduğu kimi öz məkrli hiylələrini çox geniş işlədə bilməyəcəklər”.

Deputatın sözlərinə görə, ermənilərin AŞPA-da və ya istənilən digər beynəlxalq platformalarda Azərbaycana qarşı təşkil etdiyi kampaniyaların arxasında çoxsaylı qüvvələr durur:

“Ermənistan dövləti, erməni diasporu, onların maliyyələşdirdikləri və sırf erməni maraqlarına xidmət edən çoxsaylı beyin mərkəzləri, eləcə də ayrı-ayrı ölkələrdə və beynəlxalq təşkilatlarda ermənilərin qeyri-leqal maliyyə mənbələrindən pay alan çoxsaylı korrupsioner siyasətçilər ermənilər tərəfindən ortaya atılan bütün saxta iddiaları təbliğ etmək və onları beynəlxalq auditoriyaya yaymaqla məşğuldurlar. Azərbaycan və Türkiyə məhz belə böyük bir qüvvə ilə - erməni təbliğat maşını ilə mübarizə aparır ki, Soros Fondu da bu nəhəng təbliğat maşınının bir elementidir. Artıq bütün dünyaya məlumdur ki, bu günkü Ermənistan rəhbərliyində təmsil olunan qüvvələr məhz Soros Fondunun məhsuludur. Amma bütün bunların qarşılığında bizim mövqeyimiz qətiyyən zəifləmir və ildən-ilə daha da güclənir. Çünki beynəlxalq hüquq və həqiqət bizim tərəfimizdədir”.

Paylaş:
1598

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər