Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib - FOTO

14:41 - 01 / 05 / 2024
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edib.

1news.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər barəsində də danışıqlar aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək, təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. Bu il artıq 6-cı dəfə keçirilən Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan və UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.

UNESCO tərəfi Azərbaycanla mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib. Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.

Cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdədir.

Paylaş:
210

Son xəbərlər

Azərin “bozqurd“ işarəsi göstərdi, Ərdoğan reaksiya verdiBu gün, 12:38Sabahın havası açıqladıBu gün, 12:34ASCO tankerləri bu ilin 6 ayında nə qədər yük daşıyıb?Bu gün, 12:15Zakir Həsənov Qazaxıstana səfər edib - FOTOBu gün, 12:13“YAŞAT” Fondu şəhid övladları üçün Antalyada düşərgə reallaşdırır - FOTOBu gün, 12:00Psixoloq: “Valideynlər istəyirlər ki, uşaqların başı səhərdən axşama kimi kitabdan qalxmasın, amma...” - XƏBƏRDARLIQBu gün, 11:29İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıbBu gün, 11:06NİİM-dən qəza zamanı avtomobili saxlayıb çəkiliş edənlərə ÇAĞIRIŞBu gün, 11:03Bu il ADY-yə məxsus qatarlara 25 dəfə daş atılıbBu gün, 10:49Visa ABB-nin layihələrini mükafatlandırdıBu gün, 10:45“Qarabağ” bu gün Avstriyada 2 oyun keçirəcəkBu gün, 10:3722,4 min nəfərə proaktiv pensiya təyinatı aparılıbBu gün, 10:31Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıbBu gün, 10:29Azərbaycanın ornitoloji turizm imkanları “Global Bird Fair” sərgisində tanıdılıb - FOTOBu gün, 10:25“Tiffany & co.” yeni yüksək zərgərlik kolleksiyasını Monakoda təqdim etdi - FOTOBu gün, 10:23ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan Vaşinqton görüşündə irəliləyiş əldə edibBu gün, 09:55Gəncədə köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib - VİDEOBu gün, 09:40AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:12Bakı metrosunda qatarların hərəkətində 4 dəqiqə yubanma olubBu gün, 09:10
Bütün xəbərlər