Xalq artisti telekanalları günahlandırdı - Zövqsüz mahnılar meydan sulayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti telekanalları günahlandırdı - Zövqsüz mahnılar meydan sulayır

17:38 - 22 / 04 / 2021
Xalq artisti telekanalları günahlandırdı - Zövqsüz mahnılar meydan sulayır

"Bizim əsasnaməmizdə birinci şərt odur ki, sənin bəstəkarlıq diplomun olmalıdır. Bu çox sadə bir şərtdir. Mahnı yazan insana deyə bilmərik ki, yazma, yazırsa daha yaxşı. Amma bir mahnı yazmağla bəstəkar olmurlar. Bəstəkarlıq diplomu olmayan sənətçini ittifaqımıza üzv edə bilmərik"

1news.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib. Sənətkar pandemiyanın musiqi sənətimizə gətirdiyi fəsadlardan da danışıb.
"Artıq ikinci ildir ki, İpək yolu festivalı keçirilmir. Bu il də yəqin ki, keçirilməyəcək, hələ ki, bizə yekun bir cavab deyilməyib. Çünki festivala hazırlıq hər il dekabr-yanvar ayından başlayırdı. Amma zoom vasitəsilə bu festivalı keçirməyə biz hazırıq. Bizim digər ölkənin mədəniyyət xadimləri ilə əlaqələrimiz də var, bilirsiz ki, hər il həmin incəsənət xadimləri bu festivala görə Azərbaycana, Şəkiyə gəlirdilər. Biz hər il bu festivala teatr tamaşalarını aparırdıq, indi axı teatrlarımızın da fəaliyyəti yoxdur. Teatrlar işləmir, orkestrlar fəaliyyətsiz qalıb. Deyirlər ki, Şəkidə də vəziyyət ürəkaçan deyil, mən əlaqə saxlayıram, orada yoluxma sayı çoxdur. Bu pandemiya musiqimizə böyük zərbə vurdu, biz də müxtəlif yollar axtarırıq ki, fəaliyyətimizi saxlamayaq. Hər ay bizim ittifaqda "Nizami və musiqi" adlı konfranslarımız keçirilir" deyə ittifaq sədri bildirib.

Firəngiz Əlizadə son illərdə meydan sulayan zövqsüz mahnılardan da danışıb.
"Mənə elə gəlir ki, burada televiziya kanallarının da, kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür. Bəzən görürük ki, efirdə həddən ziyadə bərbad mahnılar səslənir, musiqilər yazılır. Biz də öz növbəmizdə televiziyalara məktublar yazıb, etirazımızı bildiririk. Biz elə bir zəmanədə yaşamırıq ki, mütləq şəkildə zövqsüz mahnılara qulaq asaq! Bu mahnıları 5-6 nəfər disk alıb evində dinləyə bilər, amma 10 milyonluq xalqımıza belə mahnılar lazım deyil. Təbii ki, zövqlər müxtəlifdir. Düzdür, indi insanlar ruhdan düşüb, pandemiyadır, onların əhval-ruhiyyəsini qaldırmaq lazımdır. Amma səviyyəli mahnılarla. Televiziya kanalları bu işlərlə ciddi məşğul olmalıdır. Səviyyədən kənar mahnılara görə televiziya kanallarına müraciət edəndə deyirlər ki, bizə reytinq gətirir, biz belə pul qazanırıq. Çox müxtəlif cavablar alırıq. Hətta etiraz edəndə biri mənə dedi ki, bizim əmək haqqımızı siz verəcəksiniz? Mən bu cavaba çox üzüldüm, yaxşı ki, o insanı artıq vəzifəsindən azad etdilər. Hər şeyi pula, maddiyata bağlamaq da düzgün deyil. Azərbaycan xalqı musiqidə çox istedadlıdır, çox az xalqlar var ki, musiqi duyumu var. Ona görə də musiqimizi qorumaq lazımdır" deyə Firəngiz Əlizadə bildirib.

1news.az

Paylaş:
361

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər