Vətən müharibəsi şəhidinin yeni doğulan körpəsinə öz adı verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsi şəhidinin yeni doğulan körpəsinə öz adı verilib - FOTO

14:36 - 27 / 04 / 2021
Vətən müharibəsi şəhidinin yeni doğulan körpəsinə öz adı verilib - FOTO

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan xaçmazlı Fəxrəddin Feyzulla oğlu Fərəcovun oğlu dünyaya gəlib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprel 20-də Quba Perinatal Mərkəzdə dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Xəyalə Fərəcova və körpəsinin vəziyyəti normaldır.

Şəhid Fəxrəddin Fərəcovu Xaçmaz rayonun Xudat şəhərindəndir. 28 yaşlı Fəxrəddin Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Xocavəndin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Qorxmaz döyüşçü oktyabrın 23-də Xocavənd istiqamətində şəhidlik zirvəsinə ucalıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan kiçik çavuş F.Fərəcov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Fəxrəddin Fərəcovun yeni doğulan övladı Quba Perinatal Mərkəzdən evə ailə üzvləri, “YAŞAT” Fondunun nümayəndələri və şəhidin döyüş yoldaşlarının əhatəsində yola salınıb. Körpəyə şəhidin öz adı verilib. Bu F.Fərəcovun ikinci övladıdır. Şəhidin digər oğlu Ülvinin isə bir yaşı var.

Şəhid Fəxrəddin Fərəcovun övladının zəruri xərcləri “YAŞAT” Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Paylaş:
287

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər