Jurnalistlərin işğaldan azad olunan Füzuli və Xocavəndə səfəri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalistlərin işğaldan azad olunan Füzuli və Xocavəndə səfəri başlayıb

10:28 - 28 / 04 / 2021
Jurnalistlərin işğaldan azad olunan Füzuli və Xocavəndə səfəri başlayıb

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Füzuli və Xocavənd rayonlarına təşkil olunub.

1news.az bildirir ki, səfərin məqsədi işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, təbii sərvətlərə, təbiət abidələrinə baxış keçirmək və ictimaiyyətə törədilən ekoloji terroru tanıtmaqdır.

ETSN-in mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun İşıqlı kəndində məhv edilmiş təbiət abidəsi olan Şərq çinarı ağacına, Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı" yatağına baxış keçirəcək.

Daha sonra Füzuli rayonunun Qaraməmmədli kəndində 1 hektar sahədə ağaclar əkiləcək, "Köndələnçay-1 su anbarı"nda balıq körpələrinin buraxılması baş tutacaq.

Jurnalistlər səfər cərçivəsində Xocavənd rayonunda Azıx mağarası və Hadrut qəsəbəsində 900 yaşlı Şərq çinarını ziyarət edəcəklər.

1news.az

Paylaş:
260

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər