Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Qafar Ağayev17:01 - 03 / 05 / 2021
Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Aprel ayının 26-dan 2 may tarixlərinədək 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 5 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər