Azərbaycan hərbçilərindən ermənilərə peşəkarlıq dərsi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbçilərindən ermənilərə peşəkarlıq dərsi - VİDEO

12:30 - 03 / 05 / 2021
Azərbaycan hərbçilərindən ermənilərə peşəkarlıq dərsi - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan və Ermənistan hərbçiləri arasında yaşanan mübahisə ilə bağlı görüntülər yayılıb. Hadisə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində baş verib.

Videoda Azərbaycan sərhədçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb. Ekspertlər bildirir ki, bu cür təxribatlarla ermənilər özlərini daha çətin vəziyyətə salacaqlar.

44 günlük Vətən müharibəsində məğlub olaraq gülünc vəziyyətə qalmaqlarına baxmayaraq, bu dəfə də sərhəddə özlərini biabır etdilər. Erməni əsgər və zabitləri Azərbaycan hərbiçilərinə qarşı təxribat törədiblər.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Azərbaycan Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib. Erməni hərbiçilərinin törətdiyi təxribatla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Maraqlı məqam ondan ibarətdir ki, erməni zabiti və hərbiçiləri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçilərini təxribata çəkmək istəsələr də, onlar bu məqsədlərinə nail ola bilmirlər.

Çünki, Azərbaycan sərhədçiləri erməni hərbiçilərinin törətdiyi təxribat qarşısında peşəkarlıq, mədəniyyət və təmkin nümayiş etdirir. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri bu dəfə də gülünc vəziyyətə düşüblər. Təxribat görüntüləri Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.

Zaur Məmmədov hesab edir ki, əslində erməni hərbiçiləri bu cür təxribatçı hərəkətlər etməklə özlərini biabır edirlər. Elə video görüntülərdən də aydın görsənir ki, yaranan mübahisə zamanı erməni zabitinin danışığından hiss olunur ki, ya o içkilidir, ya da ki, narkotik vasitənin təssiri altında bu cür ifadələr işlədir. Əslində bu fakt bir daha sübut etdi ki, erməni zabit və əsgərlərinin siması elə bax bu cürdür.

Belə aydın olur ki, məğlub olmuş ordunun sərhədçiləri çox ciddi psixoloji-mənəvi böhran keçirirlər. Çünki onlar 30 ilə yaxın bir müddətdə daim yalan və xülyalarla yaşayıblar. Ancaq Azərbaycan ordusunun, xüsusən də sərhədçilərinin 44 günlük Vətən Müharibəsində onlara vurduğu ciddi zərbədən çətin ki, yaxın illərdə də ayıla bilsinlər.

1news.az

Paylaş:
234

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər