Moskvada Leyla Əliyevanın adından iftar verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada Leyla Əliyevanın adından iftar verilib - FOTO

S.Xankişiyeva10:13 - 04 / 05 / 2021
Moskvada Leyla Əliyevanın adından iftar verilib - FOTO

Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, iftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklannaya qora"dakı “Ramazan çadırı”nda keçirilən "Azərbaycan axşamı" çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. Diplomat iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Ramazan çadırının qurulmasına görə Moskva hökuməti və Moskva Müsəlmanlarının Ruhani İdarəsinə təşəkkürünü bildirib.

Moskva müsəlmanları məktəbinin direktoru Əssam Məmmədov "Ramazan çadırı"nın Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı dostluğu möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihə olduğunu söyləyib: "Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır. Ötən il Azərbaycan xalqı üçün çox vacib bir il oldu. Biz işğal altındakı torpaqları azad etdik. Allah bizim dualarımızı qəbul etdi".

“Ramazan çadırı”nın təşkilatçıları tədbirə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

İftara qədər Azərbaycandan olan din xadimi müqəddəs Qurandan surələr oxuyub, dualar edib. Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Tədbirdə Azərbaycanda multikulturalizmdən bəhs edən film də nümayiş olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 15 ildir ki, Moskvada təşkil olunan "Ramazan çadırı" layihəsində iştirak edir.

Paylaş:
309

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər