Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib

16:09 - 05 / 05 / 2021
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib

Son illərdə vətəndaşlar arasında 7000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib.

1news.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdulqədirov deyib.

O bildirib ki, nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə isə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb: "Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı, artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır və bu sahədə ən vacib prinsip əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara təyin olunması, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsidir. Əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam edəcək".

1news.az

Paylaş:
431

Son xəbərlər

“Mərkəzi Nəbatat Bağının “Azərsu”ya 70 min manat borcu olduğu üzə çıxıb”Bu gün, 13:39Şamaxıda ev yanıbBu gün, 13:29Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilibBu gün, 13:13Hacıqabulda xarici vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıbBu gün, 13:07Mərkəzi Bank 5 BOKT-un vəzifəli şəxslərini cərimələyibBu gün, 13:06Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıbBu gün, 12:51Sabah külək güclənəcək - ProqnozBu gün, 12:46Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilibBu gün, 12:37Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilibBu gün, 12:18“Qarabağ Universitetinin yaradılması çox mühüm və önəmli bir qərardır” - Ceyhun MəmmədovBu gün, 12:09Bakı metrosunda əlil arabaları üçün 2 yeni texniki qurğu istifadəyə verilib - FOTOBu gün, 12:05ADY-nin Biləcəri çeşidləmə təpəsi 60 il sonra yenidən qurulur - VİDEOBu gün, 12:0116 tələbə filminin istehsalına dəstək göstəriləcəkBu gün, 11:53ASCO inşa etdiyi növbəti yedək gəmisini istismara veribBu gün, 11:50Paytaxt məktəblərində monitorinqlər aparılırBu gün, 11:49Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıbBu gün, 11:40FHN: Ötən sutka ərzində 32 halda yanğına çıxış olubBu gün, 11:17Lənkaranda istehlaka yararsız ət məhsulları aşkarlanıbBu gün, 11:11M.Ə.Rəsulzadə qəsəbəsində görüş keçirilib - FOTOBu gün, 11:0224 noyabrda Bakı metrosunda rekord sayda sərnişib daşınıbBu gün, 10:59
Bütün xəbərlər

Next TV