Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL

S.Xankişiyeva17:00 - 05 / 05 / 2021
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29778 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21821 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər