Ermənistan ordusunun hərbçisi ölüb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan ordusunun hərbçisi ölüb

17:16 - 05 / 05 / 2021
Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan silahlı qüvvələrinin hərbçisi ölüb.

1news.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 4-də saat 20:00-da cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində əsgər silahla davranma qaydalarını pozub. Nəticədə açılan atəşdən başqa bir əsgər - 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər