Tramp Şavkat Mirziyoyevə hədiyyə etdiyi özbək eyvanlara görə təşəkkür edib

ABŞ prezidenti Donald Tramp Özbəkistan prezidenti Şavkat Mirziyoyevə ölkəsinin müstəqilliyinin 250 illiyi şərəfinə ona hədiyyə edilmiş özbək köşklərinə ("eyvanlar") görə təşəkkür edib. O, bu hədiyyəni "şəxsi" saxlamaq əvəzinə ictimaiyyətə bağışlamaq istədiyini bildirib.
D. Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb ki, Özbəkistan səfiri Furqat Sidikov və daxili işlər naziri Daq Berqumun iştirakı ilə keçirilən mərasim zamanı "Marine One" ilə ərazinin üzərindən uçuş etmək onun üçün şərəf olub. O, köşklərin heyrətamiz göründüyünü qeyd edib və çox hörmətli adlandırdığı Ş. Mirziyoyevə minnətdarlığını çatdırıb.
ABŞ prezidentinin sözlərinə görə, əsl istedada malik özbək ustalar bir neçə aylığa Özbəkistanda ailələrini qoyub gələrək, çətin hava şəraitində bu köşkləri 200 illik dağ qozu ağaclarından məharətlə inşa ediblər.
Köşklər onun təhlükəsiz və gözəl adlandırdığı paytaxtda - Taydal-Beysinin bilavasitə yaxınlığında, Cefferson Memorialı və Vaşinqton Monumentinə mənzərəsi olan ərazidə yerləşdirilib. D. Tramp qeyd edib ki, Milli Qəhrəmanlar Bağı açıldıqda bu tikililər evlilik təklifləri, diplomatik qəbullar, Albalı Çiçəyi Festivalı zamanı fotosessiyalar və Taydal-Beysinə gündəlik ziyarətlər üçün şəhərdə ən "qaynar" yerlərdən biri olacaq.
D. Tramp həmçinin özbək ustalarla sıx əməkdaşlıq edən Özbəkistanın Vaşinqtondakı səfirliyinə və Milli Park Xidmətinə (National Park Service) təşəkkür edib, Şəhəri əvvəlkindən daha gözəl etdiklərini vurğulayıb.












