Naqif Həmzəyev: “Azərbaycan NATO ilə birbaşa əməkdaşlıq edir” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Azərbaycan NATO ilə birbaşa əməkdaşlıq edir”

Qafar Ağayev10:24 - 05 / 05 / 2021
Naqif Həmzəyev: “Azərbaycan NATO ilə birbaşa əməkdaşlıq edir”

Azərbaycan Respublikası 4 may 1994-cü il tarixində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Bəs bu illər ərzində Azərbaycan və NATO münasibətlərində hansı irəliləyişlər olub?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub:

“NATO ilə də əsas məqsəd sülhməramlı missiyalarda iştirak etmək, NATO-dan öyrənmək, region ölkələrində və yaxud münaqişə olan ərazilərdə sülhməramlı missiyalarda yaxından iştirak etməkdir. Unutmamalıyıq ki, Azərbaycan həm İraqda, həm də Əfqanıstanda sülhməramlı missiyalarda təmsil olunub. Azərbaycan sülhməramlıları bu missiyaları uğurla həyata keçiriblər. Həmçinin NATO ölkəsi olan Türkiyə ilə Azərbaycan hərtərəfli strateji əməkdaşlıq edir. Türkiyənin gücü hər kəsə bəllidir, NATO-da da ilk sıralardan birini tutur. Azərbaycan həm NATO ilə birbaşa əməkdaşlıq edir, həmçinin NATO ölkəsi olan Türkiyə ilə yaxından əməkdaşlıq edir. Türkiyənin hərbi sənayesinin inkişafı, hərbi gücü onu deməyə imkan verir ki, Azərbaycan Türkiyədən və NATO-dan çox faydalana bilib”.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində də Azərbaycan regionda 27 ilə yaxın müddət ərzində beynəlxalq təşkilatların həyata keçirə bilmədikləri işi etdi:

“Azərbaycan bununla da regiona sülhü gətirmək üçün Qarabağın işğal altında olan ərazilərindən erməni faşistlərini və terrorçularını təmizlədi. Azərbaycanın NATO tərkibindəki fəaliyyəti ABŞ dövlət katibi tərəfindən də müsbət qiymətləndirildi. Düşünürəm ki, gələcəkdə də NATO və Azərbaycan arasında əməkdaşlıq davam edəcək”.

Paylaş:
643

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər