Kəlbəcərdə Pasxa bayramı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə Pasxa bayramı - VİDEO

13:08 - 05 / 05 / 2021
Kəlbəcərdə Pasxa bayramı - VİDEO

Alban-udi xristian dini icması bayram münasibətilə Xudavəngə səfər edib

1news.az Real TV-ə istinadən bildirir ki, pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə alban-udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edildi.

Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfər etmək mənim də ən böyük arzum idi... Yolboyu avtobusdan ətrafı izləyirdim. Erməni vandalizminin izləri hər addımda görünürdü.
Müdafiə Nazirliyi tərəfindən ayrılmış hərbi avtobus narahat yollarda yırğalana-yırğalana Kəlbəcərin dağlarının dolaylarını dolandıqca amansız Murovun nə qədər oğullar apardığı da bir-bir yadıma düşürdü...

Və nəhayət, gəlib çatdıq Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi - Ömər aşırımına... Budur, Ömər aşırımı! Kəlbəcərin işğalından sonra dəfələrlə əldən-ələ keçmiş, qanlı döyüşlərin şahidi olan, Zəfər müharibəsinin ilk günlərindəcə qəhrəman oğulların şücaəti sayəsində azad edilən Ömər aşırımı...

Sıldırımlı yollarla 45 KM məsafəni dəf edərək, gəlib çatdıq Vəng kəndində yerləşən Xudavəng monastrına... Elə monastra çatanda qulağıma ətrafdakı insanların səsləri gəlirdi. Biri deyirdi ki, "bu yerlərə qayıtmağımıza görə şəhidlərimizə borcluyuq", digəri deyirdi ki, "Xudavəngin dini varisləri geri qayıtdı" və s. sözlər... Bir az da irəliyə getdikcə gözlərimin önündə möhtəşəm bir mənzərə canlandı. Lakin gördüklərimdən çox narahat oldum. Ermənilər xalqımıza məxsus dini, tarixi-mədəniyyət abidələrini öz adlarına çıxmaq üçün hər cür saxtakarlığa əl atıb, buna bütün dövrlərdə aramsız cəhdlər göstəriblər. Kəlbəcərdəki Xudavəng monastırı da bu qəbildəndir...

Azərbaycan Alban-udi dini icmasının sədri Robert Mobili müsahibəsi zamanı dedi ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar monastırın giriş qapısındakı erməni xaçkarlarından və daxildəki bir çox müasir xaç elementlərindən aydın şəkildə görünür...

Robert Mobili həm də ixtisasca geoloqdur. O deyir ki, Sovet dövründə geoloq işlədiyi illərdə Kəlbəcər dağlarını piyada gəzib-dolaşıb. Bu dağlardakı hər daşa, ağaca bələddir. Ermənilər hətta ağacları kəsib aparıblar. İmkanları olsa, daşları da daşıyıb aparardılar...

Xudavəng məbədinin həm tarixən, həm də memarlıq üslubu baxımından Alban Apostol Kilsəsinə məxsus olduğunu söyləyən icma sədrinin müavini Rafiq Danakari ermənilərin qədim monastırda etdikləri saxtakarlıqların açıq şəkildə gözə çarpdığını deyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə bildirdi ki, buradakı tikililər, daş abidələr kompleksin qədim tarixindən xəbər verir. Otuz il düşmən əsarətində qalan bu tarixi abidə nəhayət, öz sahiblərinə qaytarılıb...

13 yaşında, 27 il əvvəl Kəlbəcəri tərk edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun müsahibəsi çox təsiredici idi. O dedi ki, Xəyalım uzaqlara gedir, Yenə həmin ağrılı-acılı ayları xatırlayıram, qəhər boğur...Nə yaxşı ki, şəhidlərimizin qanı yerdə qalmadı, "dəmir yumruq"la düşmən cəzasını aldı, yurdumuz işğaldan azad edildi.

Belə, Kəlbəcərin gözəlliyini izləmək üçün bizə ayrılan vaxt başa çatır... Xudavəng monastır kompleksində ilk dəfə idi olurdum. İndiyədək onu yalnız şəkillərdə görmüşdüm... Daşlara diqqətlə baxanda elə informasiyalar görürəm ki, nə qədər çalışsan da, onları silmək mümkün deyil...

Nəyin həqiqi, nəyin saxta olduğunu asanlıqla ayırd etmək mümkündür. Əminliklə deyə bilərəm ki, kilsəyə sonradan qoyulan daşların, xaçların tarixi 1993-cü ildən sonraya aiddir. Halbuki Xudavəngin yaşı 1000 ildən çoxdur.

Bu torpağın, daşların, ağacların yaralarını sağaltmaq üçün vaxt lazımdır. Prezident, Müzəffər Ali baş Komandan da dediyi kimi, biz bunu edəcəyik. İşğaldan azad olunmuş torpaqlarımızda erməni vandallarının dağıtdığı bütün dini abidələrimiz də bərpa ediləcək...

1news.az

Paylaş:
304

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər