“Arxivlər açılsa ermənilər yanacaq” - Türkiyəli alim | 1news.az | Xəbərlər
Cəmiyyət

“Arxivlər açılsa ermənilər yanacaq” - Türkiyəli alim

13:51 - 06 / 05 / 2021
“Arxivlər açılsa ermənilər yanacaq” - Türkiyəli alim

"Ermənilərin 1915-cildə törədildiyini iddia etdikləri qondarma "erməni soyqrımı" heç 1915-1945-ci illər ərzində bu qədər populyar deyildi".

1news.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında türkiyəli tarixçi alim, professor Şevki Karabəkiroğlu deyib.

Türkiyəli tarixçi bildirib ki, Türkiyə ilə problemi olan hər kəs ermənilər vasitəsilə ədavət aparmağa çalışır:

"Nə zaman ki, İsrail yaradıldı, nə zaman ki, Hitler Almaniyada o məşhur Holokost soyqrımını törətdi, bu lap dəlinin yadına daş salmaq kimi bir şey oldu. Normalda bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Onların iştirakı ilə qurulan təşkilatlar var. O zaman Ermənistanı yaradan Daşnaq təşkilatı idi ki, sonradan ASALA adını aldı. Və bunda maraqlı olan bütün dövlətlərin kəşfiyyatı bu təşkilatıların içinə sızdı və Türkiyə ilə problemi olan hər kəs ermənilər vasitəsilə, xüsusən də bu terror təşkilatlarının əli ilə ədavət aparmağa çalışırlar. Yəni Türkiyəni küncə sıxışdırmaq, təkləmək, onun hərəkət trayektoriyasını məhdudlaşdırmaq, beynəlxalq aləmdə çətin vəziyyətə salmaq istəyənlər üçün "soyqrımı" məsələsi çox uyğun və əlverişli hesab edilir. Çünki bu məsələ səni çox zalım, qətliamçı millət olaraq dünyaya tanıdır, manevr imkanlarımızı kiçildir, söz haqqı imkanı vermir. Buna görə də "soyqrımı" məsələsi aradan çıxacaq kimi görünmür.

Əvvəlki illərdə bu məsələ ilə bağlı daha çox problemimiz var idi. Amma son zamanlarda bizim xarici diplomatiyamız çox yaxşı bir hücum siyasəti həyata keçirdi. Hətta artıq deyirik ki, bu meydan, bu da şeytan. Buyurun, açaq arxivləri. Sizin də mütəxəssislər gəlsin, bizimkilər də gəlsin. BMT də müşahidəçilərini göndərsin, həqiqət necə təsdiqini tapsa, biz onu qəbul etməyə hazırıq, deyirik. Ermənilər buna isti yanaşmırlar. Çünki bilirlər ki, həqiqət onları çox yandıracaq".

1news.az

Paylaş:
231

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər