Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq | 1news.az | Xəbərlər
Siyasət

Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq

S.Xankişiyeva14:14 - 06 / 05 / 2021
Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formalarına dəyişiklik edilir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər