Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

17:25 - 06 / 05 / 2021
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

Xəzər dənizi sahilində, Mahaçqla şəhəri yaxınlığında 150-dən çox nadir suiti ölüsü aşkar edilib.

1news.az Trend-ə istinadən bildirir ki, ölü heyvanlar son iki gün ərzində müşahidə edilib.

Mütəxəssislər ölü suiti sayının 200-ə çata biləcəyini ehtimal edir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb.

1news.az

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər