Rəşadəti ilə seçilən qəhrəman - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşadəti ilə seçilən qəhrəman - VİDEO

17:12 - 06 / 05 / 2021
Rəşadəti ilə seçilən qəhrəman - VİDEO

Nofəl Quliyev Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.

1news.az Real TV-ə istinadən bildirir ki, cəsur görkəmi, döyüşlərdəki igidliyi, şücaəti ilə düşmənin qorxusuna çevrilmişdi. Rəşadəti ilə seçilən qəhrəman Nofəl Quliyev Vətən müharibəsindəki qələbəmizdə böyük hünər göstərdi.

O, 1994-cü ildə iyunun 11-i Gədəbəyin Qoşabulaq kəndində anadan olub. 2015-ci ildə ali təhsilini bitirib. Hərbi xidmətə yollanıb. İyul hadisələrindən sonra könüllü olaraq səfərbərliyə yazılıb. 29 sentyabr 2020-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərə qatılıb, Füzuli rayonunun azadlığı uğrunda qəhrəmanlıqla vuruşub. Baş qumbaraatan Nofəl 18 oktyabrda Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 27 oktyabr 2020-ci ildə müqəddəs Şəhid adını qazanıb. Valideynləri üçün onun yoxluğuna dözmək çətin olsa da, oğullarının mərdliyi, rəşadəti onları da hədsiz qürurlandırır.

Nofəl 28 oktyabrda doğulduğu kənddə dəfn edilib. "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Hünər dolu, şərəfli ömür yolu ilə Vətənin övladı olduğunu sübut etdi. Qəhrəmanlar unudulmur, Sən də bizim üçün əbədi yaşar oldun, Azərbaycanın vətən mədəniyyətli, qəhrəman oğlu!

1news.az

Paylaş:
101

Son xəbərlər

“Çimərliklərdə təhlükəsizlik qaydaları” – “Çıxışa doğru”da MÜZAKİRƏ24 / 06 / 2021, 20:47Ekspert: "Bu il neftin orta qiyməti 65 dollardan aşağı olmayacaq"24 / 06 / 2021, 19:30Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb24 / 06 / 2021, 18:04Prezident bir qrup hərbi qulluqçunu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib24 / 06 / 2021, 18:00Bir qrup hərbçi “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib24 / 06 / 2021, 17:51Bakı Olimpiya Stadionu ilk “5-lik”də24 / 06 / 2021, 17:48Şair Ramaldanov: “Azərbaycan Ordusunun qələbəsi inkişaf etmiş ordularda, akademiyalarda təhlil olunur”24 / 06 / 2021, 17:47Restoranlarda kondisioner və havalandırma sistemləri işləməyəcək? - Aydınlıq gətirildi24 / 06 / 2021, 17:42Uşaq sanatoriyalarında çatışmazlıqlar aşkarlanıb24 / 06 / 2021, 17:36Ölkənin aparıcı brendlərindən olan Xırdalan - arpa yığımı və mövsümün yenilikləri barədə - FOTO24 / 06 / 2021, 17:29Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA24 / 06 / 2021, 17:25Bir qrup hərbçi “Cəsur döyüşçü” medalı ilə təltif edilib24 / 06 / 2021, 17:23Prezident bir qrup hərbçini “İgidliyə görə” medalı ilə təltif edib24 / 06 / 2021, 17:20Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb24 / 06 / 2021, 17:17Dünya yaşıl enerjiyə keçir: Böyük potensiala malik Azərbaycanda hansı işlər görülür?24 / 06 / 2021, 17:14Bir qrup hərbçi “Vətən uğrunda” medalı ilə təltif edilib24 / 06 / 2021, 17:11Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA24 / 06 / 2021, 16:52Qaxda su sexində partlayış olub, ölən var24 / 06 / 2021, 16:49Azərbaycan Prezidenti hərbçiləri təltif edib - SİYAHI24 / 06 / 2021, 16:21Könül Nurullayeva AŞPA-nın sessiyasında 30 illik işğalın qadınların siyasi və ictimai qərar qəbul etmək imkanlarına mənfi təsirindən danışıb - VİDEO24 / 06 / 2021, 16:15
Bütün xəbərlər

Next TV