Azərbaycanda bayram namazının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

S.Xankişiyeva14:05 - 07 / 05 / 2021
Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, insanlar bir yerə toplaşaraq bu namazı qılarsa, bunun böyük savabı var: “Amma pandemiya şəraiti yenə də davam edir, kütləvi yığışmaq qadağası var. Bütün mərasimlər qadağandır, toy, hüzr mərasimləri və bir yerə kütləvi toplaşmaq mümkün deyil. İctimaiyyətin müəyyən orqanlara müraciəti var ki, mümkün olarsa, məsafə saxlamaqla və digər qaydalara əməl etməklə insanlara məscidlərdə cümə namazlarını birgə qılmağa şərait yaradılsın. Amma TƏBİB-in Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasən verdiyi qərara görə, kütləvi şəkildə bir yerə toplaşaraq namaz qılmaq məsləhət görülmür.

Quran da, Peyğəmbərimiz də buyurub ki, xəstəlik təhlükəsi varsa, insanlar mütləq qorunmalıdır. Biz də bu məsələyə dəstək olmalıyıq. Düşünürük ki, hələ məscidlərdə namazların kütləvi şəkildə qılınmasına şərait yoxdur, ümid edirik ki, bu, müvəqqəti haldır. Ümidvarıq ki, pandemiya tezliklə başa çatacaq və insanların məscidlərdə namaz qılmaq imkanı olacaq. Hazırda pandemiya şəraiti davam etdiyi üçün istəyən hər kəs öz ailə üzvləri ilə evində 2 rükət bayram namazı qıla bilər. Ramazan ayında iftar süfrələri ilə bağlı insanlara tövsiyə etdik ki, çəkdikləri xərci pul və ya ərzaq şəklində ehtiyacı olan ailələrə paylasınlar, savabdan kənar qalmasınlar. Bayram namazı da müstəhəb olduğu üçün heç bir nigarançılıq yoxdur, evində istər tək, istər ailə üzvləri ilə qılına bilər”.

F.Nurullayev qeyd edib ki, şəriətdə bayram axşamı fitrə zəkatının çıxarılması buyurulub: “Kimin imkanı varsa, fitrə zəkatını bildiyi, tanıdığı imkansız, ehtiyacı olan ailələrə verir. İstəyənlər mayın 13-ü Ramazan bayramında bayram namazını Zöhr namazına qədər qıla bilərlər”.

Paylaş:
281

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər