Nazirlik "Azərsu”yu məhkəməyə verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik "Azərsu”yu məhkəməyə verdi

15:38 - 07 / 05 / 2021
Nazirlik "Azərsu”yu məhkəməyə verdi

Səbail rayonu Bibiheybət ərazisindən boru kəməri vasitəsilə çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma başa çatıb.

1news.az xəbər verir ki, Xidmətin rəisi Hikmət Əlizadə Trend-ə bildirib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 30.4, asılı bərk hissəciklərin 13.4, sintetik səthi aktiv maddələrin isə 5.8 dəfə normadan artıq olduğu müəyyən olunub.

"Qeyd edək ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların "Azərsu" ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib".

H.Əlizadənin sözlərinə görə faktla bağlı akt, protokol tərtib edilib və "Azərsu" ASC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. Tullantı sularının mərkəzləşmiş kanalizasiya şəbəkəsinə yönəldilməsi məqsədilə tərəfimizdən "Azərsu" ASC-yə məktub ünvanlanıb.

1news.az

Paylaş:
258

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər