“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək

S.Xankişiyeva15:55 - 07 / 05 / 2021
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu iştirakçıların yarımfinal mərhələsinə hazırlığına start verib.

1news.az-ın verdiyi xəbərə görə, bu məqsədlə müsabiqənin yarımfinal mərhələsində yolunu davam etdirən 309 iştirakçı üçün onlayn görüşlər və ekspertlər qrupu ilə birgə təlimlər təşkil olunacaq. Bu görüşlərin keçirilməsində məqsəd yarımfinalçıların bir-birilərini və müsabiqə təşkilatçılarının iştirakçıları yaxından tanıması, onların bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda, yarımfinal mərhələsinə hazırlığını təmin etməkdir.Ekspertlərin hazırlığı həm yerli, həm də xarici mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, yarımfinalda iştirakçıların idarəçilik bacarıqları yoxlanılacaq və bu mərhələ 3 gün davam edəcək. 100-ə yaxın iştirakçı final mərhələsinə keçmək hüququ qazanacaq. Yarımfinal mərhələsinin keçirilmə tarixi xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq müəyyənləşdiriləcək.

“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Paylaş:
322

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər