Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib

S.Xankişiyeva12:51 - 07 / 05 / 2021
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib

Qazilərimizin protezlərlə təminatı ilə bağlı problemin olması barədə qeyd edilənlər yanlışdır və məlumatsızlıqdan irəli gəlir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda qeyd edilir ki, bu sahədə, həmçinin Vətən müharibəsində xəsarət almış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatında hər hansı çatışmazlıq özünü göstərmir: "Belə ki, yüksək texnologiyalı protezlərlə təminata ötən ilin dekabrından başlanıb və artıq 17 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Bu proses davam etməklə yanaşı, yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatına da başlanıb. Aşağı və yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edən prosesdir, burada amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün müəyən hazırlıq mərhələsi olur. Bu hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir. Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən bütün müvafiq tədbirlər görülür".

Paylaş:
227

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər