I sinfə şagird qəbulu müvəqqəti dayandırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Qafar Ağayev13:18 - 08 / 05 / 2021
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər