The Sero – “mobil nəslin” fırlanan televizoru – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

The Sero – “mobil nəslin” fırlanan televizoru – FOTO

S.Xankişiyeva10:40 - 08 / 05 / 2021
The Sero – “mobil nəslin” fırlanan televizoru – FOTO

Dünyanın ilk fırlanan televizoru olan The Sero, yeni nəsil TV istifadəçiləri üçün ən yaxşı mobil məzmun təcrübəsini təmin etmək üçün yaradılmışdır.

Televizorun innovativ formatı sayəsində smartfon və ya planşet ekranından görüntünü böyük displeydə yayımlamaq rahatdır. Belə ki, The Sero yan qara zolaqlar olmadan, tətbiqlər və sosial şəbəkələr daxil olmaqla, istənilə məzmunu optimal istiqamətdə təqdim edir. Adı Koreya dilindən "şaquli" mənasını ifadə edən bu cihaz, ekranı döndərmə funksiyasına malikdir ki, onun bu bacarığı sayəsində məzmuna həm üfüqi, həm də şaquli şəkildə baxa bilərsiniz. Yeni televizoru istedadlı fotoqraf Orxan Aslanov sınaqdan keçirib. Samsung məhsullarının şəksiz həvəskarı olan fotoqraf, bu bənzərsiz televizorun bütün imkanlarını qiymətləndirmişdir, sözü gedən tanışlıq prosesini isə Samsung-un rəsmi Instagram səhifəsində tapa biləcəyiniz əyləncəli videoya çevirmişlər.

Cihaz müasir və zərif dizayna sahib olub, istənilən interyerlə asanlıqla uyğunlaşacaqdır. Televizorun xarici panelləri və ekran çərçivəsi mat səthli tünd göy rəngli plastikdən, bəzi yerlərdə isə işlənməmiş parçanı xatırladan, materialdan hazırlanmışdır. Qeyri-adi dizaynı sayəsində, model CES 2020-də CTA "Best of Innovation " mükafatını qazanmış, International Forum (iF) Design Award 2020-də isə "qızıla" layıq görülmüşdür. iF təmsilçilərinin qeyd etdiyinə görə, Samsung Sero ənənə çərçivələrindən kənara çıxaraq yeni standart müəyyənləşdirir. Sözü gedən cihaz, sadəcə bir televizor deyil, minimalist dizaynı və bənzərsiz xüsusiyyətləri sayəsində daha çox, yeni ev istifadəsi ssenarisini əks etdirən gözəl tərtib edilmiş obyektdir.

İstifadəsiz olduğu hallarda belə, The Sero interyerin cəlb edici elementi olaraq qalır, belə ki, istənilən zaman, istədiyiniz mühiti yaratmağınıza kömək etmək üçün televizor Portret rejimi və Ambient Mode ilə təchiz edilmişdir. Onların köməyi ilə istifadəçilər cihazı, istənilən dizaynlı saata çevirə, kinematoqrafi və ya öz məzmununu nümayiş etdirə bilərlər. Gözəl fotoqrafımız isə dərhal öz əl işlərini böyük ekranda seyr etməyə başladı. Axı, bu şəkildə daha rahatdır!

Sero məxsusidir və əvvəllər gördüyümüz cihazlardan fərqlənərək, individual xarizmaya malikdir, lap elə Orxan Aslanovun özü kimi. Əbəs yerə demirlər ki, əşya və cihazlar sahiblərini əks etdirir. Sero-nun bənzərsiz “dönən ekran” texnologiyası məzmunun axarı və təbii şəkildə ifadə edilməsi üçün istifadəçilərin mobil cihazları ilə problemsiz ahəng yaradır. Dönən ekranın istifadəsinin əsas ssenarisi, smartfon məzmununun displeydə təkrarlanmasıdır, belə ki, izləyicilər sosial şəbəkələrdən, YouTube və digər video portallar daxil olmaqla, müxtəlif məzmundan mobil cihazlarda olduğu kimi tələb olunan istənilən istiqamətdə zövq ala bilərlər. Bunu etmək üçün sadəcə smartfonunuzla televizorun çərçivəsinə toxunmanız kifayət edir ki, cihaz mobil ekranındakı görüntü Tap View funksiyasından istifadə edərək TV-də təkrarlasın.

The Sero televizorlarında QLED kvant nöqtəli texnologiyasından istifadə olunur. Belə ki, televizor ekranı, ölçülərindən asılı olaraq müxtəlif rəng çalarını ifadə edir. Nöqtə nə qədər böyükdürsə, qırmızı spektrə, nə qədər kiçikdirsə - mavi spektrə yaxın rəng ilə sayrışır. Bütün bunlar məzmunu maksimum keyfiyyətdə və 100% rəng həcmində izləməyə imkan verir. Həmçinin, televizorun parlaqlığı otağın işıqlandırılmasından asılı olaraq avtomatik şəkildə tənzimlənir. Fotoşəkildə günəşin parlaqlığına və meşənin nə qədər yaşıl ifadə olunduğuna fikir verin. Televizor qonaq otağınızda tamamilə fərqli bir dünyaya açılan bir pəncərəyə çevrilir! Əlavə olaraq, TV, istənilən orijinal icazəli məzmununun mümkün qədər aydın görünməsini təmin etmək üçün süni zəka üzərindən işləyən miqyaslaşdırma ilə təchiz edilmişdir. The Sero-da yüksək dəqiqlikli video keyfiyyəti möhtəşəm səsləndirmə ilə tamamlanır. Dolby Digital Plus kodeki ilə təchiz olunmuş, Bluetooth qoşulmasını dəstəkləyən müasir dinamika sistemi otaqda 3D effekti yaratmağa kömək edir. İzləyicilərin, film seyr edərkən dialoqlarda vacib detalları daha aydın eşitməsi üçün televizorda, AVA (Active Voice Amplifier) adlanan aktiv nitq gücləndirmə texnologiyasından istifadə edilmişdir. Kənar səs-küy səviyyəsini analiz edərək sistem avtomatik şəkildə istifadəçinin eşitməsini qoruyaraq nitqin aydınlığını artırır.

The Sero, “mobil nəslin” ehtiyaclarını qarşılamaq və vərdişlərinə uyğunlaşmaq üçün evdə əyləncə texnologiyasını yenidən kəşf edərək, Samsung-un qabaqcıl displeylərinin xüsusiyyətlərini özündə birləşdirir.

Samsung The Sero televizorları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
392

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər