Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb

12:32 - 13 / 05 / 2021
Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb

Müqəddəs Ramazan bayramı ilə əlaqədar mayın 13-də "Təzəpir" məscidində bayram namazı qılınıb.

1news.az xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Bayram namazından sonra çıxış edən Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu ayı ilk dəfə müzəffər xalq kimi qeyd edirik: “Erməni işğalçıları tərəfindən torpaqlarımız zəbt olunmuşdu. Biz çox xoşbəxtik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun rəşadəti ilə torpaqlarımız işğaldan azad olunub. Allah bildirir ki, “Haqqın yolunda ol, həqiqətə çatdıraram”. Biz bu aydakı duaların qəbul olunduğuna inanırıq. Allah bizə belə bir Zəfəri nəsib edib. Prezident İlham Əliyevin adı fateh kimi tariximizə yazılacaq. Ali Baş Komandanın rəhbərliyi ilə cəsur əsgərlərimiz 44 gün ərzində torpaqlarımızı azad ediblər”.

Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, qələbəni qazanmaq çətin olur. Qələbəni qazanmaq üçün dövlət və xalq birliyi, iman lazım idi. Azərbaycan xalqı bu Qələbəni qazandı. Ali Baş Komandanın dediyi kimi, bir yumruq kimi birləşdik və erməni faşizmini məhv edə bildik. "Mən çox sevinirəm ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxışında bildirdi ki, bu yumruğun içərisində dindarlarımız da var. Buna görə Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Din xadimlərimizə bu dövrdəki fəaliyyətlərinə görə minnətdaram”.

Din xadimləri arasında şəhidlərin və qazilərin də olduğunu vurğulayan QMİ sədri əlavə edib: “Din xadimlərimiz 44 gün ərzində cəmiyyətdən ayrılmadı, öndə oldular. İşğal olunmuş ərazilərdəki 67 məsciddən 64-ü dağıdılıb, məhv edilib. Ağdama səfər zamanı dağıntıları, dəhşətləri öz gözümüzlə gördük. Mən sovet dövründə Ağdamın gözəlliyini görmüşəm. İndi isə Ağdam “Mədain” xarabalığına oxşayırdı. Ağdamda dağıntılar olduğunu bilirdim, amma bu səviyyədə olduğunu təsəvvür etmirdim. İraqda, Avropada da dağıntılar görmüşəm. Amma erməni faşizminin, erməni xislətinin bu səviyyədə olduğunu gözləmirdim. Ağdamda bir məsciddə heyvan saxlayıblar. Məscidin qapısına it bağlandığına dəlalət edən dəmir həlqə var idi. Bu qədər vəhşilik törədiblər. Son yüzillikdə islam dünyasının azad edilən torpağı olmamışdı. İlk dəfə xalq-dövlət birliyi ilə bu Qələbəyə nail olduq. Bundan sonra bu Qələbəni saxlamalıyıq. Gənclərə təbliğ etməliyik ki, torpaqlarımızı qorusunlar. Allah şəhidlərə rəhmət eləsin, bizə bir daha müharibə göstərməsin. Allah bizim bayrağımızı həmişə uca etsin, Azərbaycan xalqını xoşbəxt etsin”.

“Bu gün Bakıda Hərbi Qənimətlər Parkı yaradılıb. Biz bu qənimətləri saxlamalı, övladlarımıza göstərməliyik ki, hər zaman birlik ola bilək.

Prezident İlham Əliyev Ağdamda məscidə Quran hədiyyə edib. Mən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəbədə olarkən torpaqlarımızın işğaldan azad olunması üçün Allaha dua etdik. Prezidentimiz Kəbədən gətirilən Quranı Ağdam məscidinə hədiyyə etdi. Bu, həm də duamızın müstəcəb olması ilə bağlı idi. Biz hər zaman dua etməliyik. İnanıram ki, bütün məbədlərimiz Qarabağda bərpa olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda məscidin bünövrəsini qoyublar. Dünən isə Prezidentimiz Şuşada yeni bir məscidin bünövrəsini qoydu. Şuşada Ramazan bayramı münasibətilə namaz qılınması, dualar oxunması bizi çox şad edib. İnşallah, biz Şuşada həmişə dua edəcəyik”, - deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri qeyd edib ki, ermənilər müharibəni uduzsalar da, dünyaya Azərbaycanla bağlı yalanlar yaymaqdadırlar. Xüsusən, erməni kilsəsi bu sahədə xüsusi canfəşanlıq göstərir. Erməni yalanlarına dövlətimiz, Xarici İşlər Nazirliyi layiqli cavab verir. Ancaq Qafqaz Müsəlmanları İdarəsi, dini konfessiyalar da bu yalanlara cavab verməlidirlər. Ermənilər iftira atır, yalan danışırlar. Kilsəyə, din xadiminə yalan danışmaq yaraşmaz. Guya, biz onları torpaqlarından qovmuşuq, xristian olduqlarına görə onlara əziyyət veririk, kilsələrini dağıdırıq. Bu yolla xristian dövlətlərindən dəstək almağa çalışırlar. Biz dünyanın müxtəlif dini qurumlarına müraciətlər göndərir, dini baxımdan həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırıq.

“Pandemiya da bir imtahandır, İnşallah, bu imtahanı da keçəcəyik. İkinci Ramazan ayıdır ki, pandemiya şəraitində keçir. Allah bizə pandemiyanın sona çatmasında yardımçı olsun. Peyvənd də olunmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib ki, Operativ Qərargaha müraciət olunsun, məscidlərdə pandemiya ilə bağlı qaydalara riayət edilməklə namaz qılınsın. İnşallah, bu da reallaşar”, - deyə QMİ sədri əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, müfti Hacı Salman Musayev deyib ki, düşmən Qarabağda müharibəni uduzsa da, təbliğat sahəsində işini davam etdirir. Bu sahədə də birgə hərəkət etməliyik.

QMİ sədrinin birinci müavini qeyd edib ki, dünyada ikinci ildir ki, pandemiya ilə bağlı məscidlər bağlıdır. Xəstəliyin qarşısının alınması, COVID-19-a mübtəla olmamaq üçün bir-birimizi qorumalıyıq. Operativ Qərargah bu gün Təzəpir məscidində namaz qılmağa icazə verdi. İnşallah, digər məscidlərimizdə də namaz qılınacaq.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə aprelin 14-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə mayın 13-nə təsadüf edir.

Qeyd edək ki, bayram namazı "Əjdərbəy" məscidində saat 08:00-da, Şuşa şəhərinin Yuxarı Gövhərağa məscidində saat 09:00-da təşkil edilib.

Paylaş:
350

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər