Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib

14:14 - 17 / 05 / 2021
Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib

Ötən həftə ərzində 139,5 hektar ərazi minalardan təmizlənib.

1news.az bildirir ki, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Məlumata görə, may ayının 10-dan 16-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanıb.

1news.az

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər