Maştağada toy keçirilməsinin qarşısı alındı - 40 nəfər cərimələndi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağada toy keçirilməsinin qarşısı alındı - 40 nəfər cərimələndi - FOTO - VİDEO

Qafar Ağayev14:51 - 17 / 05 / 2021
Maştağada toy keçirilməsinin qarşısı alındı - 40 nəfər cərimələndi - FOTO - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilənkarantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə,Maştağa qəsəbəsində vətəndaş R.Qasımovanın xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub. Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı və ümumilikə 70 nəfər iştirakçının karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib.
Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də, 40 nəfər iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

Paylaş:
1259

Son xəbərlər

Bütün xəbərlər