Ağcabədidə ağır yol qəzası: 2 ölü, 3 yaralı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə ağır yol qəzası: 2 ölü, 3 yaralı var

09:35 - 17 / 05 / 2021
Ağcabədidə ağır yol qəzası: 2 ölü, 3 yaralı var

Ağcabədidə avtomobil beton dirəyə çırpılıb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

1news.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ2106" markalı, 06 BG 270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb.

Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

1news.az

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər