“ESabail” portalında “Qarabağ Azərbaycandır!” bölməsi istifadəyə verildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ESabail” portalında “Qarabağ Azərbaycandır!” bölməsi istifadəyə verildi - FOTO

10:30 - 17 / 05 / 2021
“ESabail” portalında “Qarabağ Azərbaycandır!” bölməsi istifadəyə verildi - FOTO

Ötən il ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən elektron xidmətlərin genişləndirilməsi və innovasiyaların tətbiqi sahəsində geniş həcmli işlər həyata keçirilib.

1news.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış elektron platforma lahiyəsində (www.esabail.az) yeni “Qarabağ Azərbaycandır!” bölməsi yaradılıb.

Portalın yeni istifadəyə verilən “Qarabağ Azərbaycandır!” bölməsində Azərbaycan Respublikası Prezidentinin Qarabağa səfərləri, şəhidlərimiz və Milli Qəhrəmanlarımız, Qarabağ haqqında və Zəfər Gününə dair məlumatlar yerləşdirilib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanına edilən dəyişikliklərə əsasən yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi də bu bölmədə əks olunmuşdur. Bu kateqoriyadan olan vətəndaşlar qeyd olunan bölməyə daxil olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil növbəsinə götürülməsi və müvafiq sənədlər toplanılması ilə əlaqədar məlumatların əldə edilməsi kimi xidmətlərdən istifadə edə bilərlər.

Ölkə başçısının tapşırığına uyğun olaraq tərəfimizdən şəhid ailələləri, Vətən müharibəsi qaziləri və iştirakçılarına daima diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində müvafiq köməkliklər edilir.

Səbail rayonu sakinləri pandemiya dövründə evdən çıxmadan portala onlayn qaydada müraciət etməklə RİH tərəfindən göstərilən bütün xidmətlərdən yararlana biləcəklər. Mobil qurğular, smartfon və planşet istifadəçiləri üçün həm android, eyni zamanda İOS əməliyyat sistemləri vasitəsilə axtarış bölməsinə “esabail.az” yazaraq www.esabail.az portalını ödənişsiz yükləmə imkanı yaradılmışdır. Qeyd etmək istərdik ki, gün ərzində portala vətəndaşlar tərəfindən ümumilikdə iyirmidən çox müxtəlif kateqoriyalı müraciətlər daxil olur. Hüquqi məsləhətlər, Qəyyumluq, Planlaşdırma, Sosial və Kommunal problemlərlə bağlı daxil olmuş müraciətlər də operativ həll olunaraq vətəndaşlara bu barədə müvafiq onlayn cavab göndərilir.

Məlumat üçün bildiririk ki, "E-Sabail" platforması, yerli şirkət olan Global Technology Services tərəfindən hazırlanıb.

Paylaş:
337

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər