Bakıda 40 yaşlı müəllim koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 40 yaşlı müəllim koronavirusdan vəfat edib

S.Xankişiyeva14:55 - 18 / 05 / 2021
Bakıda 40 yaşlı müəllim koronavirusdan vəfat edib

Yasamal rayonu, 18 nömrəli tam orta məktəbin Sağlam Təhsil sinfinin müəllimi Vəfa Teymurova vəfat edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, COVID-19-a yoluxan təhsil işçisi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, V.Teymurova 1980-ci il dekabrın 13-də anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1997-ci ildə əmək fəaliyyətinə başlayıb.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər