Avtomobillərə vurulan yapışqan loqolar, yazılar sökülür - Yol polisi və ekspertdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobillərə vurulan yapışqan loqolar, yazılar sökülür - Yol polisi və ekspertdən AÇIQLAMA

Qafar Ağayev18:01 - 18 / 05 / 2021
Avtomobillərə vurulan yapışqan loqolar, yazılar sökülür - Yol polisi və ekspertdən AÇIQLAMA

Sosial şəbəkələrdə paytaxt Bakıda üzərində loqo, reklam olan avtomobillərə qarşı reyd keçirilməsi ilə bağlı məlumat yayılıb.

1news.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yazdığına görə, yol polisi əməkdaşları tərəfindən paytaxtın bəzi ərazilərində üzərində loqo olan avtomobillər saxlanılaraq yapışqan loqolar və yazılar sökülür.

Məsələ ilə bağlı 1news.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, idarə edilən nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

“Əgər reklam haqqında qanunun tələbi pozulursa, o zaman qanun nə tələb edirsə ona uyğun addım atılmalıdır. Bu məsələni də müzakirəyə ehtiyac qalmır. Vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin üzərində hər hansı reklam varsa, onu qeydiyyatdan keçirmək üçün mütləq müraciət etməlidir. Belə sürücülər yol polisi tərəfindən saxlanılırsa, deməli qanunun tələblərinə uyğundur. Sosial şəbəkələrdə sanki yol polisi özbaşınalıq edirmiş kimi fikirlər səsləndirmək yolverilməzdir. Birmənalı olaraq, sürücülər bilməlidir ki, avtomobillərinin üzərində sonradan yerləşdirilən reklam və ya başqa nəsə quraşdırılırsa, mütləq qeydiyyatdan keçirmək üçün müraciət etməlidir. Qanunvericilikdə reklam haqqında qanunun pozulmasına görə cərimə də nəzərdə tutulur”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, avtomobillərin üzərində neqativ yapışqanlar, əxlaqsızlığı yayan yazılar varsa, onlar sökülməlidir.

“Ötən gün bir avtomobil var idi, üzərində porno reklamı var idi, o tipli yapışqanların, yazıların avtomobillərin üzərindən çıxarılması vacibdir. Amma müəyyən avtomobil klubunun loqosudursa, onu yığışdırmağa ehtiyac yoxdur. Reklamla bağlı qanun var, reklam nədir, reklamın ölçüsü necə olmalıdır, hansı hallarda reklam sayılır. Hansısa avtomobil klubunun kiçik bir loqosunu vurmaq reklam sayılmır”.

Xatırladaq ki, i, ötən gün Bakı küçələrində porno saytın təbliğatını aparan "Ford Mustang" markalı nəqliyyat vasitəsinin fotosu yayılıb. Belə ki, 10 FY 630 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa şüşəsinin üzərində "Pornhub" yazılması, sosial şəbəkərlə müzakirəyə çıxarılıb.

Paylaş:
2679

Son xəbərlər

DİN: Ötən gün 9 tüfəng və 1 tapança təhvil götürülübBu gün, 10:44Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilibBu gün, 10:41Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43
Bütün xəbərlər