Xırdalanda vaqon yanıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda vaqon yanıb – YENİLƏNİB

S.Xankişiyeva11:03 - 18 / 05 / 2021
Xırdalanda vaqon yanıb – YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 kv.m olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:39

Xırdalanda partlayış səsləri eşidilib.

Bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat paylaşıblar. Paylaşımlarda güclü partlayış səsinin eşidildiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən isə 1news.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər