Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Qafar Ağayev15:32 - 19 / 05 / 2021
Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

19 may 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə etdilər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi apardılar.

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər