Bu gün Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - STATİSTİKA

Qafar Ağayev16:35 - 19 / 05 / 2021
Bu gün Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 331040 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 317609 nəfər müalicə olunaraq sağalıb, 4814 nəfər vəfat edib, aktiv xəstə sayı 8617 nəfərdir.

Ölkədə son sutka ərzində 10568, hazırkı dövrədək isə 3414614 test aparılıb.

Həmçinin oxu: Azərbaycanda COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı məlumat

Paylaş:
952

Son xəbərlər

Bütün xəbərlər