“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib - FOTO

12:26 - 19 / 05 / 2021
“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib - FOTO

Сari ilin 18-26 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkızinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan olunması ilə bağlı olaraq həyata keçirilən “Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etməkdir.

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqramin açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov, Gəncə şəhər UGİM-in direktoru Sevinc Ələkbərova çıxış ediblər.

Mayın 18-də Beynəlxalq proqramda Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərində Nizami Gəncəvi adına muzeydən gənc bələdçi Xədicə Qasımova tərəfindən virtual ekskursiya təqdim edilib.

Proqram çərçivəsində mayın 18-dən başlayaraq 26-dək hər gün Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyindəki Gəncə şəhər Nizami Gəncəvi adına muzey, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, AMEA-nın tabeliyində olan N.Gəncəvi adina Milli Azərbaycan Ədəbiyyati Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna, xarici ölkələrin muzeylərindən isə ABŞ konqres kitabxanasına və Moskva Şərq Dövlət Muzeyinə virtual ekskursiyalar təşkil ediləcəkdir.

2020-ci ildə olduğu kimi bu il də məktəblilər üçün “Muzey həftəsi” COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formada Zoom platforması üzərindən həyata keçiriləcək. Keçirilən onlayn bağlantılar Live canlı yayımı, Youtube və Facebook kimi sosial şəbəkələrdə yayımlanacaq.

Layihə çərçivəsində RUGİM-in ən fəal dərnək üzvü olan məktəblilər muzeylərdə Nizami irsinə aid olan eksponatlar haqqında topladıqları məlumatları onlayn bağlantı zamanı virtual ekskursiya kimi nümayiş etdirəcəklər.

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur.

Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə edərək “Muzey həftəsi” keçirilir. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75 000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib, onlayn platformada keçirilən proqramı 8000-ə yaxın məktəbli izləyib.

Paylaş:
345

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər