Baş Prokurorluq polisin sevgilisini öldürüb intihara cəhd etməsilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq polisin sevgilisini öldürüb intihara cəhd etməsilə bağlı məlumat yaydı

Qafar Ağayev15:51 - 20 / 05 / 2021
Baş Prokurorluq polisin sevgilisini öldürüb intihara cəhd etməsilə bağlı məlumat yaydı

Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə 1news.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər