Bu gün 9 və 11-ci sinif şagirdləri Azərbaycan dili fənni üzrə imtahan verəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 9 və 11-ci sinif şagirdləri Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Qafar Ağayev09:24 - 20 / 05 / 2021
Bu gün 9 və 11-ci sinif şagirdləri Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində bu gün Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçiriləcək.

Mərkəzdən 1news.az-a bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq. İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Builki imtahanda ümumilikdə 17 min 987 (Bakıda 11 min 844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1690 nəzarətçi-müəllim cəlb edilib, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.

Paylaş:
404

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər