Azərbaycanda tibb müəssisələri birləşdirilir - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tibb müəssisələri birləşdirilir - SİYAHI

S.Xankişiyeva09:55 - 20 / 05 / 2021
Azərbaycanda tibb müəssisələri birləşdirilir - SİYAHI

Azərbaycanda bir neçə tibb müəssisəsi yenidən təşkil edilir.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və "Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

"Lökbatan Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" Publik Hüquqi Şəxs "Respublika Uşaq Klinik Xəstəxnaası" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yendiən təşkil edilir.

"Nərimanov Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası,18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və "2 nömrəli Doğum Evi" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxs "1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Paylaş:
295

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər