Ağsuda keçmiş məhkumda silah aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda keçmiş məhkumda silah aşkarlandı

Qafar Ağayev10:32 - 20 / 05 / 2021
Ağsuda keçmiş məhkumda silah aşkarlandı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rauf Şərifovun odlu silah-sursat gəzdirməsi və saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Ağsu rayonu ərazisində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb. R.Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər