“Vadim Seyidov” gəmisi əsaslı təmir olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Vadim Seyidov” gəmisi əsaslı təmir olunub - FOTO

Qafar Ağayev10:45 - 20 / 05 / 2021
“Vadim Seyidov” gəmisi əsaslı təmir olunub - FOTO

"Vadim Seyidov" gəmisi əsaslı təmir olunub.

1news.az-ın məlumatına görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Vadim Seyidov" təchizat gəmisi əsaslı təmir olunub. Gəminin təmiri işləri "Bibiheybət" Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Proses ərzində gəmi mexanizmləri, boru sistemləri, sanitar qovşaqlar cari təmir olunub, elektrik mühərrikləri sazlanıb. Eyni zamanda, ”Nefteqaz-58” gəmisindən dalğıc avadanlıqları demontaj olunaraq “Vadim Seyidov” gəmisinin baş göyərtəsinə quraşdırılıb.

Bununla belə, gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün də işlər görülüb. Yeməkxana və kayutlar yenilənib.

Daha sonra gəmi tərsanəyə qaldırılaraq avar val, sükan qurğusu, dib-yan armaturları, protektor qurğuları təmir olunub. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.

Təmir başa çatdıqdan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra “Vadim Seyidov” yenidən istismara qaytarılıb.

Paylaş:
440

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41
Bütün xəbərlər