Bu yolda hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yolda hərəkət məhdudlaşdırılır

S.Xankişiyeva13:00 - 20 / 05 / 2021
Bu yolda hərəkət məhdudlaşdırılır

Xətai rayonunda küçədə aparılan təmir işlərinə görə, hərəkət məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, Xətai rayonu, Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər