Xudafərin və Qız Qalası su anbarlarında tikinti başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudafərin və Qız Qalası su anbarlarında tikinti başa çatıb

S.Xankişiyeva15:40 - 21 / 05 / 2021
Xudafərin və Qız Qalası su anbarlarında tikinti başa çatıb

Yaxın vaxtlarda Xudafərin və Qız Qalası su anbarları istifadəyə veriləcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, hər iki anbarda tikinti işləri başa çatdırılıb: "Artıq anbarlar istifadəyə hazır vəziyyətdədir. Anbarların su ilə doldurulması təmin olunacaq. Hər iki anbar Azərbaycan və İran ərazisində birlikdə istifadə olunacaq. Hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq"

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər